28 yanvar 2022 15:32
558

“Omikron”dan sonra fəsadlar qala bilər?

"Omikron” ştammı koronavirusun əvvəlki variantlarına nisbətən daha yüngül formada keçirilir. Ancaq bu, onun xüsusiyyətlərinə görə deyil, peyvənd olunanların sayının artması ilə bağlıdır.

“İki sahil” xəbər verir ki, bub infeksionist-hepatoloq Mərdan Əliyev bildirib.

"Delta” ilə müqayisədə “omikron”la yoluxma zamanı xəstəliyin şiddətinin azalmasını müşahidə edirik", - deyə həkim bildirib.

Onun sözlərinə görə, yeni ştamm yoluxan insanın sağlamlığına əvvəlki ştamlar kimi təsir edir, əsasən laxtalanma, sinir sistemi, yaddaşın zəifləməsi kimi fəsadlara yol açır.

"Yoluxub sağaldıqdan bir müddət sonra bu problemlər keçir. Vətəndaşlarımıza tövsiyəm odur ki, virusa yoluxmanı yüngül keçirtmək üçün mütləq qaydada vaksin olunsunlar", - M.Əliyev əlavə edib.