28 yanvar 2022 19:46
746

Omikronun yeni versiyası yarandı - "Gözəgörünməz"

Omikronun daha bir yeni versiyası yarandı.

“İki sahil” xəbər verir ki, yüksək yoluxuculuq qabiliyyəti olan Omikronun yeni BA.2 variantı Avropa və Asiya, eləcə də ABŞ_da köhnə versiyası ilə yanaşı yayılmaqdadır.

ÜST 25 yanvarda bu subvariantın təcili olaraq öyrənilməsini tapşırıb. Bu variantı "gözəgörünməz" adlandırıblar.

İş ondadır ki, BA.2 əvvəlki Omikrondan bir neçə mutasiyasının artıq olması ilə fərqlənir, genetik özəlliyinə görə onu Deltadan və Omikrondan ayırd etmək çətindir.

Yeni versiyanın böyük təhlükələr yaradıb-yaratmayacağı dəqiqləşdirilir. Bir çox mütəxəssislər hələ ki, panikaya ehtiyac olmadığını düşünür.