29 yanvar 2022 02:39
933

Cinayətkar polisin paylaşdığı şəkilə şərh yazdı və... - FOTO

İngiltərədə hüquq mühafizəçiləri ilə cinayətkar arasında baş verən hadisə hər kəs tərəfindən gülüşlə qarşılanıb.

“İki sahil” xarici KİV-ə istinadən xəbər verir ki, polislər axtarışda olan cinayətkarın görüntüsünü hüquq mühafizə orqanının sosial şəbəkə hesabından paylaşıblar. Onlar 31 yaşlı Maykl Suonsboronun fotosunu istifadəçilərdən yardım almaq ümidi ilə dərc ediblər. Lakin heç kimi gözləmədiyi halda qaçağın özü şəklə şərh yazıb.

"Necə də yaraşıqlı gəncdir", - deyə o, fikrini bildirib.

Suonsboronun şərhi yüzlərlə istifadəçi tərəfindən bəyənilib.

Ancaq bu, polisə onu tapmağa kömək etməyib.

Qeyd edilir ki, Suonsboron 2009-cu ildə adam öldürməyə cəhdə görə axtarışa verilib.