23 fevral 2022 21:55
790

Moskva Bəyannaməsi Azərbaycan xalqının milli maraqlarına xidmət edir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putinlə imzaladıqları Bəyannaməni şərh edərək qeyd edib ki, Rusiya ilə Azərbaycanı çoxəsrlik dostluq, mehriban qonşuluq telləri bağlayır, qeyd etdiyi kimi, bu əlaqələr bu gün keyfiyyətcə yeni səviyyəyə çatıb.

Ölkələrimiz arasında çox geniş müqavilə-hüquq bazası vardır, 245 sənəd imzalanıb. Lakin onların arasında bu gün imzalanmış Bəyannamə xüsusi əhəmiyyət kəsb edir.

Bu Bəyannamə iki ölkənin  münasibətlərini  müttəfiqlik səviyyəsinə çıxarır. Bu, həm böyük imtiyaz, həm də böyük məsuliyyətdir. Rusiya və Azərbaycan bu günə təkidlə, uzun müddət əməkdaşlıq potensialını artırmaqla, səmimiyyətə, mehriban qonşuluğa, praqmatizmə, qarşılıqlı maraqların nəzərə alınmasına əsaslanan münasibətlər qurmaqla gəlib çatıbdır.

Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə üzərində praktiki iş bir ildən bir qədər artıq bundan əvvəl başlanıb. Bu müddətdə ölkələrimizin müvafiq ekspert qrupları tərəfindən 43 bənddən ibarət olan və praktiki olaraq fəaliyyətimizin bütün əsas sahələrini əhatə edən çox geniş sənəd razılaşdırılıb.

Bəyannamənin birinci bəndində deyilir ki, tərəflər öz münasibətlərini müstəqilliyə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq əsasında quracaqlar.

Bu bənd ölkələrimizin münasibətlərinin xarakterinə, dostluq hisslərinə, qarşılıqlı maraqlara və gələcəyə yönəlməyə əsaslanır. Ona görə ki, bu sənəd təkcə çoxillik birgə işə yekun vurmaqla kifayətlənməyib, həm də gələcək üçün böyük perspektivlər açır. Azərbaycan  və  Rusiya qarşılıqlı siyasi fəaliyyəti artıracaq, əvvəl olduğu kimi, yenə bir-birini beynəlxalq qurumlarda dəstəkləyəcək, qarşılıqlı ticarətin həcmini artıracaq və gündəlikdəki bütün məsələləri həll edəcəkdir.

Rusiya və Azərbaycan münasibətlərinin bundan sonrakı uğurlu inkişafı reional sabitliyin və təhlükəsizliyin qorunub saxlanmasına, Cənubi Qafqazda Sülhün və qarşılıqlı anlaşmanın dəstəklənməsinə, xalqlarımızın əsaslı maraqlarına öz müsbət təsirini göstərməkdədir.

Moskva Bəyannaməsinin bütün müdüaları Azərbaycanın milli maraqlarına uyğundur.

Tükiyə ilə imzalanmış Şuşa Bəyənnaməsi kimi, Rusiya ilə imzalanmış Moskva Bəyənnaməsi də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir.

44 günlük Vətən müharibəsində Qələbəmizdən sonra Cənubi Qafqazda formalaşmanın yeni siyasi əsas oyunçuları Azərbyacan, Türkiyə və Rusiyadır. Bu mənada, Azərbaycan hər iki ölkə ilə müttəfiqlik Bəyannamələrini imzalanması yeni siyasi mühiti rəsmən təsdiq edir.

Mansur Quliyev,
Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri