05 fevral 2016 17:39
7571

Keçən il 17,1 milyon ton yük daşınıb

Dəmir yolu nəqliyyatı ilə cari ilin yanvar-dekabr aylarında 17,1 milyon ton yük, 1,9 milyon sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 21,6 faiz və 25,1 faiz azalma müşahidə olunub.

Orta hesabla sutkada 374 vaqon yüklənib, 446 vaqon isə boşaldılıb.

Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 15,3 min ton, Qərb istiqaməti üzrə 4,2 min ton, Cənub istiqaməti üzrə isə 1,8 min ton yüklənmə işi yerinə yetirilib.