01 mart 2022 15:07
928

"Kapital Bank" rublla əməliyyatları davam etdirir

"Kapital Bank" Rusiya rublu ilə əməliyyatlarda müştərilərə xidmət göstərməkdə davam edir.

Bunu "İki sahil"ə bankın mətbuat xidmətinin rəhbəri Pərviz Sədrəddinov deyib.

Onun sözlərinə görə, hazırda Rusiya rublu ilə bağlı əməliyyatlar üzrə məhdudiyyət yoxdur.

"Hazırda "Kapital Bank"ın valyuta mövqeyi Rusiya rublu ilə əməliyyatları əhatə edir", - deyə o bildirib.