30 mart 2022 23:32
1324

Şakil O'Nil sağlamlıq problemləri ilə mübarizə aparır

NBA-nın canlı əfsanələrindən biri olan Şakil O'Nil sağlamlıq problemləri ilə mübarizə aparır.

“İki sahil” xəbər verir ki, bu yaxınlarda o, yuxu apnesinə tutulub. Nəfəs almaqda çətinlik çəkən keçmiş NBA ulduzu, ciddi yuxu pozğunluğu ilə üzləşib.

O'Nil bu xəstəliyə görə yuxu aparatından istifadə etmək məcburiyyətində qalıb.

"Həkimlər mənə dedilər ki, yuxu apnesi hipertoniya və ya insult yarada bilər. Ona görə də ölə bilərsiniz", - deyə basketbolçu bildirib.