15 may 2022 17:21
488

Kuleba: G7 ölkələri Rusiyanın aktivlərinin Ukraynaya verilməsi ideyasını dəstəklədilər

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba G7 ölkələrinin müsadirə edilmiş Rusiya aktivlərinin Ukraynanın yenidən qurulması üçün bu ölkəyə verilməsi ideyasına müsbət yanaşdığını bildirib.

"İki sahil" xəbər verir ki, o, bu barədə feysbukda yazıb.

"Təfərrüatlar barədə danışa bilmərəm. Bircə onu deyə bilərəm ki, onlar Rusiya aktivlərinin təkcə müsadirə edilməsi deyil, həm də dövlətimizin yenidən qurulması üçün Ukraynaya köçürülməsi ideyasına çox müsbət yanaşırlar. Biz danışırıq”, - Kuleba bildirib.