16 may 2022 15:08
509

Azad olunan ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan “İki sahil”ə verilən məlumata görə, mayın 9-dan 14-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 183, tank əleyhinə 59 mina və 493 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 399 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.