17 may 2022 10:33
518

Nazirlik: 12616 nəfərin Vətən müharibəsində iştirakı araşdırılır

Vətən müharibəsində iştirak etmiş 76000 nəfərə "Müharibə veteranı" adı verilib. 12616 nəfərin döyüşdə iştirakı ilə bağlı məlumatlar araşdırılır, qeydlərin düzgünlüyü dəqiqləşdirilir.

“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin açıqladığı məlumatda bildirilir. Məlumata görə, zəruri sənədlər tam hazır olduqdan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Zəfər" altsisteminə daxil edilməsi üçün müvafiq komissiyaya təqdim ediləcək.

Bundan sonra, "Müharibə veteranı" adının verilməsi təsdiq olunan və adları “Zəfər” altsisteminə daxil edilən vətəndaşlara Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün (80 AZN) verilməsi 2022-ci ilin yanvar ayının 1-dən hesablanaraq ödənilməsi təmin olunacaq.