17 may 2022 11:28
717

Son on il ərzində Avropa Azərbaycan iqtisadiyyatına 20 milyard dollardan çox vəsait yatırıb

Son on il ərzində Avropa Azərbaycan iqtisadiyyatına 20 milyard dollardan çox vəsait yatırıb.

“İki sahil” xəbər verir ki,  bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Aİ-Azərbaycan biznes forumunda deyib.

"Avropa İttifaqı (Aİ) Azərbaycanın etibarlı ticari-iqtisadi tərəfdaşıdır. Azərbaycanda Aİ-dən olan 700-dən çox şirkət işləyir. Bu il Azərbaycanla Aİ arasında ticarət dövriyyəsinin artımı gözlənilir", - deyə nazir bildirib.

O qeyd edib ki, 2021-ci ildə Azərbaycan iqtisadiyyatı 2020-ci illə müqayisədə 5,6 faiz artıb.

"Digər göstəricilər də, o cümlədən neft-qaz və qeyri-neft sahələri artıb. 2022-ci ilin əvvəlindən qeyri-neft məhsullarının istehsalının artımı təxminən 40 faiz təşkil edib ki, bu da vergi daxilolmalarının artmasına xidmət edir. Söhbət 250 milyon dollar məbləğindən gedir", - M.Cabbarov deyib.