17 may 2022 17:51
790

"Zabit vəzifələrinə hazırlıq kursu" keçirilir

Azərbaycan Ordusunun birləşmə və hissələrində nümunəvi xidməti ilə fərqlənən bir qrup hərbi qulluqçu "Zabit vəzifələrinə hazırlıq kursu"nun qəbul imtahanlarına cəlb olunub.

“İki sahil” xəbər verir ki,  fiziki hazırlıq və nəzəri sınaq imtahanlarında yüksək nəticələr əldə edən namizədlər kursa qəbul olunacaqlar.

Kursu müvəffəqiyyətlə başa vuranlar ixtisaslarına uyğun zabit vəzifələrində xidmətlərini davam etdirəcəklər.