17 may 2022 23:57
579

Bakıda baş verən yanğında yaşlı qadın həlak olub

Azərbaycan Respublikasının Baş Prokurorluğu Bakıdakı yanğınla bağlı məlumat yayıb.

17 may 2022-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsi ev 62 ünvanında yerləşən üçmərtəbəli yaşayış binasında yanğın baş vermişdir.

“İki sahil” xəbər verir ki,  Baş prokurorluqdan verilən məlumata görə, hazırda prokurorluq, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti orqanların nümayəndələri hadisə yerindədilər.

Prokurorluğun müstəntiqləri və kriminalistləri tərəfindən zəruri istintaq hərəkətləri həyata keçirilir. İlkin məlumata əsasən, hadisə nəticəsində həmin yaşayış binasının 2-ci mərtəbəsində yaşayan 1948-ci il təvəllüdlü Elen Abdulabəyova ölmüşdür.

İctimaiyyətə əlavə məlumat veriləcəkdir.