18 may 2022 09:06
276

ABŞ Hindistana hərbi yardım ayıracaq?

ABŞ Hindistanın Rusiya istehsalı olan silahlardan asılılığını azaltmaq üçün Hindistana hərbi yardım göstərməyə hazırlaşır.

“İki sahil” xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Qeyd olunub ki, Vaşinqton Hindistana xarici ölkələrə hərbi yardım proqramı çərçivəsində 500 milyon dollar ayırmağı planlaşdırır. Bu baş verərsə, Hindistan İsrail və Misirdən sonra bu proqram çərçivəsində ən çox maliyyə alan ölkələrdən birinə çevriləcək.

Agentlik vurğulayır ki, hazırda ABŞ-ın Hindistana hərbi yardımla bağlı qərarının nə vaxt açıqlanacağı və yardım paketinə hansı silahların daxil ediləcəyi məlum deyil.