20 may 2022 13:03
840

Serenay 3 milyon qazandı

Türkiyəli aktrisa Serenay Sarıkaya uzun müddətdir siması olduğu "Mavi" markasıyla müqaviləsini yeniləyib.

"İki sahil" Türkiyə mətbuatına istinadən xəbər verir ki, brendin yeni kolleksiyasını təqdim edən aktrisa bunun müqabilində 3 milyon lirə (təxminən 319 min manat) qazanıb.

Qeyd edək ki, Sarıkaya "Mavi"nin təqdimat tədbirində geyimi və aksessuarlarıyla da diqqət çəkmişdi.