20 may 2022 17:54
355

Almaniya tanklarının Ukraynaya veriləcəyi tarix bəlli olub

Almaniya tanklarının Ukrayna Silahlı Qüvvələrinə tədarük ediləcəyi tarix məlum olub.

“İki sahil” xəbər verir ki, bu barədə DPA məlumat yayıb.

Bildirilib ki, iyulda Ukrayna Almaniyadan ilk 15 “Gepard” zenit tankını alacaq.

Paketə həmçinin Bundesverdən təlim dəstəyi, demək olar ki, 60 000 patronun tədarükü və yayda daha 15 tankın çatdırılması daxildir.