22 may 2022 17:02
521

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) 2 min 483 peyvənd vurulub.

“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 221, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 270, “buster” doza ilə peyvənd olunanların sayı 1 min 803, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 189 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 milyon 707 min 6, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 345 min 824, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 milyon 847 min 442 təşkil edir. “Buster” doza ilə peyvənd olunanların ümumi sayı isə 3 milyon 269 min 214, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 244 min 526 nəfərdir.