16 iyun 2022 17:08
969

Azərbaycan-Litva hərbi əməkdaşlığı müzakirə edilib

Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikası və Litva Respublikası Müdafiə nazirliklərinin nümayəndə heyətləri arasında ikitərəfli əməkdaşlıq danışıqları üzrə görüş keçirilib.

Bu barədə “İki sahil”ə Müdafiə Nazirliyindən məlumat verilib. Xəbərə görə, görüşdə ölkələrimiz arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.