19 iyun 2022 14:26
726

Ermənistan silahlı bölmələri mövqelərimizi yenidən atəşə tutub

İyunun 19-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zivel yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini snayper tüfəngi və atıcı silahlardan istifadə etməklə atəşə tutub.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.