24 iyun 2022 00:24
884

Zəhərli hissəciklər ağciyərlər vasitəsilə birbaşa beyinə daxil olur

Havada asılı qalan ən kiçik hissəciklər beyin toxumasına nüfuz edir. Çirklənmiş ərazilərin sakinlərinin yaşadıqları düşüncə çətinlikləri bununla izah edə bilər.

Yeni bir araşdırma göstərir ki, havada asılı olan zəhərli hissəciklər qan axını ilə ağciyərlərdən beyinə asanlıqla keçir. Bu da öz növbəsində nevroloji zədələnməyə səbəb olur və beyinin fəaliyyətini poza bilər.

Təəccüblü olan odur ki, beyinə daxil olan maddələr təbii baryer vasitəsilə filtr olunduğundan beyin "adi" patogenlərdən etibarlı şəkildə qorunur.

Çirklənmiş hava çoxlu zəhərli birləşmələrin “kokteyli”ni ehtiva edir, lakin hissəciklər sağlamlıq təsirləri baxımından elm adamlarını çox narahat edir.

Xırda asılmış hissəciklər (PM2.5) və ultra incə hissəciklər (PM0.1) orqanizm üçün xüsusilə təhlükəli hesab olunur, çünki onların kiçik diametri (müvafiq olaraq 2,5 mikrometr və 100 nanometr) insan toxumalarına dərindən nüfuz etməyə imkan verir. Bu cür ultra incə hissəciklər bədənin müdafiə sistemlərindən yayınmağa qadirdir. Nə siqnal verən immun hüceyrələr, nə də bioloji maneələr onlar üçün təhlükə yaratmır.

Belə maneələr ağciyərlərlə qan dövranı sistemi (aerogematik), həmçinin qan dövranı sistemi ilə beyin (qan-beyin) arasında mövcuddur.

Keçmiş tədqiqatlar yüksək səviyyəli hava çirkliliyi ilə təkcə yaşlılarda deyil, hətta uşaqlarda və yeniyetmələrdə də psixi dəyişikliklər və zehni pozğunluqlar arasında əlaqə olduğunu göstərmişdi.

Alimlər yeni araşdırmada beyin pozğunluğu olan xəstələrdən götürülmüş onurğa beyni mayesində kiçik bərk hissəciklər aşkar ediblər. Tədqiqatçılar, həmçinin təhlükəli hissəciklərin beyinə daxil olmasına səbəb ola biləcək bir prosesi təsvir etdilər.

Tədqiqat nəticələri göstərir ki, səkkiz dəfəyə qədər daha çox kiçik hissəciklər ağciyərlərdən qan axını ilə beyinə birbaşa burundan daha tez çata bilər.

Beyinə daxil olan hissəcikləri çıxarmaq çətin olur və beyin toxumalarında digər orqanlara nisbətən daha uzun müddət qalır.

Bu, havanın çirklənməsi ilə yüksək səviyyəli hava çirkliliyi olan ərazilərdə yaşayan insanların öyrənmə, yaddaş və diqqət problemləri arasında əlaqəyə dair yeni sübutlar üzə çıxara bilər.

Çinin bir neçə tədqiqat institutundanvə  Birmingem Universitetindən olan beynəlxalq ekspertlər qrupu apardıqları bu tədqiqatın nəticələrini “PNAS” elmi jurnalında dərc etdirib.

Nubar Süleymanova, “İki sahil”