24 iyun 2022 17:30
853

Bu şəhərdə heç bir qanun işləmir - FOTO

Bir zamanlar dünyada əhali sıxlığının ən çox olduğu yerin burası olduğu düşünülürdü. Kovloon valled City 50 min adam bir neçə blok içində sıxışıb qaldığı bir şəhərdir. 20-ci  əsr boyunca Honq Konq yanında böyüyən 'Kovloon Valled City' əslində köhnə bir Çin hərbi qalası idi.

Qala ətrafının İngilis rəhbərliyinə keçməsi və əhalinin artması ilə ətrafı divarlarla örtülü bir şahəyə çevrildi. Xüsusilə İkinci Dünya müharibəsindən sonra sürətlə əhalisi artan şəhərin divarları da zaman içərisində yıxıldı. Uzunluğu 210 metr, eni 160 metr olan böyük  bir park qədər sahəni əhatə edən və kompleks bir quruluşu xatırladan bu bölgə, 1987-ci ildə 33 minə çatan əhalisilə orta böyüklükdə bir şəhər halını aldı. Bölgənin əhali sıxlığı inanılmaz dərəcədə yüksəkdir.  Belə ki, burada adam sayı1 milyon 250 min adama çatır.  Zaman keçdikcə və əhali artdıqca şəhərdə qanunsuzluq hökm sürüb. Bu şəhərdə  narkotik istifadəsi, əxlaqsızlıq, qumar adi hala çevrilib.

Samirə Tağıyeva, “İki sahil”