25 iyul 2022 15:00
1797

Şirin və turş neft arasındakı fərq nədir? - SOCAR-dan maraqlı paylaşım/VİDEO

SOCAR rəsmi "YouTube" kanalında neft haqqında maraqlı paylaşım edib.

“İki sahil” xəbər verir ki, paylaşımda şirin və turş neft arasındakı fərq izah olunur.

Paylaşım “Nə üçün Azerilight” şirin neftdir” sualı ilə başlayır: “Xam neftin şirin və turş növləri var. Onu şirin və turş edən tərkibindəki kükürddür. Nyu-Yorkun Əmtəə Birjası 0,5 %-dən az kükürd birləşməli nefti şirin, 0,5 %-dən çox kükürd birləşməli nefti turş neft kimi müəyyən edib. Turş neft zəhərli və aşındırıcı olur. Tərkibində hidrogen Sulfid (H2S) varsa, bu, tənəffüs üçün təhlükəlidir.

Şirin neftin xoş ətri və şirin dadı var. Fraksiyalara daha asan parçalanır. Şirin neftdən daha çox benzin, kerosin və dizel yanacağı alınır.   

“Azerilight” şirin neftdir. Onda kükürdün miqdarı aşağıdır.”