05 avqust 2022 15:40
719

Azərbaycan Ordusunun iki əsgəri Laçında həlak olub - YENİLƏNİB

Avqustun 5-i Laçın rayonunda qaya parçasının düşməsi nəticəsində ağır xəsarət almış əsgər Əliyev Tahir Çingiz oğlunun vəfat edib.

MN-dən “İki sahil”ə faktı təsdiq ediblər.

***

Avqustun 5-i Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Xudiyev Samir Səməd oğlu və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb.

Bu barədə Müdafiə Nazirliyindən “İki sahil”ə bildirilib.

Məlumata görə, nəticədə əsgər S.Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Müxtəlif bədən xəsarətləri almış əsgər T.Əliyevin vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.