Hesablama Palatasının nümayəndələri Ali Audit Qurumlarının Beynəlxalq Təşkitalının (INTOSAI) Uyğunluq Auditi üzrə Alt-komitəsinin 19-cu illik toplantısında iştirak edib.
"İki sahil" Palataya istinadən xəbər verir ki, toplantı Komitənin Katibliyi olan Hindistan Baş Auditor və Müfəttiş Ofisinin təşkilatçılığı və ev sahibliyi ilə Banqalor şəhərində hibrid formada keçirilib.
Toplantıda Hindistan, Azərbaycan, Fransa, Portuqaliya, Rumıniya, Çin, Norveç, Namibiya, Tunis Ali Audit Qurumlarının (AAQ), həmçinin INTOSAI-ın İnkişaf Təşəbbüsünün, Avropa Auditorlar Məhkəməsinin və AFROSAI–E-nin nümayəndələri iştirak ediblər.
Tədbirdə Hesablama Palatasını auditor Cəfər Həsənov və Beynəlxalq fəaliyyət, təlim və metodoloji təminat şöbəsinin məsləhətçisi Nərminə İsayeva onlayn qoşularaq təmsil edib.
2026-cı ilin birinci rübündə İpoteka və Kredit Zəmanət Fondunun dəstəyi ilə sahibkarlara 24,8 milyon manat kredit verilib
Aqrar Sığorta Fonduna 6500 hektar əkin sahələri üzrə zərər müraciətləri daxil olub
Anar Axundov: Sahibkarların rəqəmsal bacarıqlarının gücləndirilməsi prioritetə çevrilib
Nazir müavini: Yeni Çərçivə Sənədi üzrə ümumi maliyyə yükü 85.3 milyon dollardır