06 avqust 2022 22:24
792

Bakının Bülbülə və Əmircan qəsəbələrində su kəsiləcək

Sabah Bakının Bülbülə və Əmircan qəsəbələrində su kəsiləcək.

“İki sahil” xəbər verir ki, bu barədə "Azərsu" ASC məlumat yayıb.

Bildirilib ki, magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 7 avqust 2022-ci il tarixində gün ərzində Suraxanı rayonu Bülbülə və Əmircan qəsəbələrinin bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.