Ukrayna Xarici İşlər Nazirliyi Ali Radanın 225 deputatının diplomatik pasportlarını ləğv edib.
“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, Ukraynanın deputatlarına diplomatik pasportlar yalnız rəsmi ezamiyyətlər üçün verilir.
Nazirliyin açıqlamasında bildirilir ki, Ukrayna Prezidentinin fərmanı ilə təsdiq edilmiş diplomatik pasport haqqında əsasnaməyə əsasən, diplomatik pasportlar ezamiyyətdən qayıtdıqdan sonra on gün müddətində saxlanılmaq üçün Xarici İşlər Nazirliyinə qaytarılmalıdır: “Heç bir halda diplomatik pasportlardan şəxsi səyahətlər üçün istifadə oluna bilməz. Son aylarda Ukrayna Xarici İşlər Nazirliyi bir neçə dəfə pasportlarının qaytarılması xahişi ilə əlaqədar Ali Radanın deputatlarına müraciət edib və bu prosesi təşkil etmək üçün Ali Rada ilə əlaqə saxlayıb. Biz sonuncu dəfə iyul ayında onlardan pasportlarını qaytarmalarını xahiş etmişik. Bütün bizim zənglərə məhəl qoyulmayıb. Müvafiq olaraq, Ukraynanın Xarici İşlər Nazirliyi Ukrayna qanunvericiliyini rəhbər tutaraq, vaxtında saxlanmaq üçün Xarici İşlər Nazirliyinə qaytarılmayan 225 deputatın diplomatik pasportlarını etibarsız hesab edib”.
Xarici İşlər Nazirliyi onu da qeyd edib ki, onlar Ukrayna Ali Radasından rəsmi ezamiyyətdə olacaq deputatlara dərhal diplomatik pasport verəcəklər.
Yerli mətbuatln yazdığına görə, Ukrayna Prezidenti Volodimir Zelenski müharibə zamanı deputatların xaricə getmələrinə qəzəblənib.