Qanvermə aksiyaları 6 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində həyata keçirilib.
***
Aşura ilə əlaqədar qanvermə aksiyası keçirilir.
“İki sahil” xəbər verir ki, aksiyalar ümumilikdə 6 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində baş tutacaq.
Gün ərzində Bakıda Xəzər rayonundakı Mirmövsüm Ağa ziyarətgahı, Nəsimi rayonundakı Göy məscid (mərasim zalı), Nizami rayonundakı Şah Abbas məscidi, Səbail rayonundakı Bibiheybət məscid ziyarətgahı, Suraxanı rayonundakı Qaraçuxur məscidi və Yasamal rayonundakı “Təzə Pir” məscidində, bölgələrdə isə Mərkəzi Qan Bankının Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir, Şəki, Şirvan, Bərdə və Quba bölmələrində qanvermə aksiyası keçirilir.
FHN: Hövsanda qeyri-çimərlik ərazisində batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub
Böyükşor gölünün müəyyən hissəsinin yaşıl rəngə boyanmasının səbəbi araşdırılır