09 avqust 2022 10:06
673

Yuvası yanan ayı yanğınsöndürənlərin yanına gedib

Rusiyada maraqlı hadisə qeydə alınıb. Belə ki, kahası yanan ayı hər gün yanğınsöndürənlərin müvəqqəti yaşadıqları yerə gələrək “şam edib”.

Hadisə Xantı-Mansiysk Muxtar Dairəsində Radom çayı sahilində qeydə alınıb.

Xilasedicilərin sözlərinə görə, ayı üç gecə onların “qonağı” olub və ehtiyat ərzaqları ilə qidalanıb.

“Ayı gələndə hamı ovçu evinə toplaşırdı (qrup evə sığmırdı, çoxları çadırlarda yatırdı. – Red.), çəkiliş də orada aparılırdı. Düşərgədə 19 nəfər idik, Mişa isə 20-cimiz idi”, - deyə yanğınsöndürənlər zarafatla bildiriblər.

Qeyd edək ki, Yuqra ərazisində avqustun 2-dən meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Oxu.Az