09 avqust 2022 11:01
814

“Artilleriya atəşinin ustaları” müsabiqəsinin püşkatma mərasimi keçirilib

"Beynəlxalq Ordu Oyunları - 2022” yarışları çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçiriləcək “Artilleriya atəşinin ustaları” müsabiqəsinin püşkatma mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, püşkatmanın nəticəsinə əsasən komandaların müsabiqənin mərhələ və epizodlarının icrası üzrə sıralanması müəyyənləşdirilib.

Həmçinin artilleriyaçılarımız atıcı silah və təchizatları da qəbul ediblər.

Qeyd edək ki, beynəlxalq müsabiqədə 9 ölkənin komandası mübarizə aparacaq.