14 avqust 2022 17:49
581

Ermənistan odla oynamasın, oxşar təxribat təkrarlanarsa, cavab daha da sərt olacaq

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər çıxışı, hər müsahibəsi, xalqa hər müraciəti Azərbaycan dövlətinin daha da qüdrətlənməsinin, dövlətçiliyinin əsas­la­rı­nın daha da möhkəmləndirilməsinin istiqamətlərini müyyənləşdirir. Bu yaxınlarda başa çatan “Qisas” əməliyyatı da bu istiqmətlərin dönməzliyinin hansı mərhələləri əhatə edə biləcəyini gös­tərdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin AzTV-yə müsahibəsində deyilən fikirlər də Azərbaycan dövlətçiliyinə sədaqətin ifadəsi kimi dinlənildi. Ölkə başçısı müsahibədə ictimaiyyəti maraqlandıran bütün məsələlər haqqında ətraflı fikirlər bildirdi.

Dünyada narahatlıq doğuran problemlər getdikcə həm artır, həm də dərinləşir. Bu isə özlü­yün­də ərzaqların qiymətinin artmasına səbəb olur. Ölkənin idxaldan asılılığının qarşısını al­maq, bunu azaltmaq üçün mühüm strateji siyasət aparılmaqdadır.  Ölkə başçısının “Mən hesab edirəm ki, təqribən 3-4 il ərzində biz özümüzü ərzaqlıq buğda ilə 80 faiz səviyyəsində təmin edə bilsək, bu, çox böyük nəticə olacaqdır. Ona görə taxılın qiymətinin dünya bazarla­rın­da qalxması bütün ölkələrə təsir göstərir” fikirləri Azərbaycanda iqtisadi siyasətin mühüm konturlarınını göstərir.

Taxıl çörək deməkdir. Ölkədə taxıl istehsalının artırılmasının zəruriliyi daxili siyasətin, da­xili siyasəti tənzimləmək baxımından xarici siyasətin yönümünü differensial iqtisadi isla­hat­larla qoşalaşdırır ki, bu da yaxın gələcəkdə vəziyyəti arzulanan səviyyədə stabilləşdirə­cək­dir. 

Ermənistanın Azərbaycana qarşı elan etmədən müharibəyə başlaması, torpaqlarımızın iş­ğalı, işğalın uzun müddət davam etməsi, işğalçı dövlətin işğalda qalan torpaqlardan hərbi tə­yi­natlı istifadəsi nəticəsində Azərbaycanın kənd təsərrüfatına, maldarlığa, bitkiçiliyə rəqəm­lər­lə ifadəsi çətin olan zərər vurmuşdur. Bu fəsadların aradan qaldırılması üçün dövlət proq­ram­ları işlənib hazırlanıb. Onların yerinə yetirilməsi istiqamətində zəruri, gərəkli işlər aparıl­maq­­dadır. İşğal dövründə torpaqların susuz qalması onların şoranlığının artmasına şərait ya­ra­dıb. Bu torpaqların istifadəyə tam yararlı hala gətirilməsi üçün mühüm işlər görülməkdədir. Ölkə başçısı müsahibədə bunların gerçəkləşəcəyini inamla bildirdi.

Vətən müharibəsi ordumuzun Zəfəri ilə başa çatdıqdan sonra Kəlbəcər və Laçında da indi qurucu­luq işləri başlayıb. Quruculuq işlərinin bilavasitə heyvandarlıqla, arıçılıqla başlaması təbiidir. Bu başlanğıcın davamı digər sahələr olacaq, şübhəsiz. Ölkə başçısı bunun dönməz proses oldu­ğu­nu məntiqi vurğu ilə bildirib.

Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı, üçtərəfli bəyanat imzalandı. La­kin məğlub Ermənistan bu bəyanatın şərtlərini yerinə yetirmir. Azərbaycanın ərazilərində irili-xırdalı təxribatlar törədir. Ermənistan rəhbərliyinə bu haqda dəfələrlə xəbərdarlıq edilsə də Ermənistan bu xəbərdarlıqlara  iş­ğa­la meyilli qüvvələrin təsiri ilə məhəl qoymayıb. Azərbaycan Ordusunun həyata keçirdiyi “Qisas” əmliyyatı buna görə aparıldı. Nəticə etibarilə Azərbay­ca­nın ordusu düşmənə sarsıdıcı zərbə endirdi, işğalçı dövlət bir daha dərk etdi ki, Azərbaycan Respublika­sı­nın Prezidenti cə­nab İlham Əliyevin dediyi kimi, “odla oynamaq işğala meyilli Ermənistanı daha çətin vəziy­yətlərlə üzləşdirər”. Düşmən də, ona gizlin havadarlıq edənlər də gördü ki. “də­mir yumruq” ye­­rin­dədir”. Ermənistan yeni reallıqları qəbul etməlidir. Azərbaycan Res­pub­li­kasının Prezi­denti cənab İlham Əliyevin “oxşar təxribat təkrarlanarsa, cavab daha da sərt olacaq, daha da peşman olacaqlar, daha da gur səslə imdad diləyəcəklər”, ermənilər  “Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış insanlar oradan çıxmalıdır, bizim səbrimizi sınağa çəkməsinlər. Öz xoşu ilə oradan çıxıb getsinlər. Haraya gedirlər bizi maraqlan­dırmır” , ... kimi fikirləri Ermənistana olduqca sərt xəbərdarlıqlardır. Yerinə yeti­ri­lərsə, “Kitabi Dədə Qorqud”da deyildiyi kimi, xoş, yerinə yetirməzsə, son sözü Azərbaycan əsgəri deyəcək. Vətən müharibəsində dediyi kimi, “Qisas” əməliyyatında dediyi kimi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müsahibəsində dedi: “Bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatı cəza tədbiri idi. Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq və heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz. Biz öz torpağımızda istənilən əməliyyatı istənilən zaman apara bilərik. Sadəcə olaraq, “Qisas” əməliyyatının çox təsirli, ancaq qısamüddətli olması onu göstərir ki, bizim gücümüz də yerin­də­dir, eyni zamanda, biz yeni müharibə istəmirik. Çünki İkinci Qarabağ müharibəsi gücümüzü göstərdi və biz istədiyimizə hərbi və ondan sonra hərbi-siyasi yollarla nail olduq. Digər arzu­larımıza da çatacağıq, zaman gələndə onlara da çatacağıq. Bizim gündəliyimizdə həm taktiki, həm strateji addımlarımızın təsbit edilməsi reallıqdır. Əminəm, Ermənistan da bilir ki, biz bi­li­rik nəyi nə vaxt etmək lazımdır və nəyi deyiriksə, onu da edirik. Dəfələrlə Er­mə­nistana xə­bər­darlıq etmişdik ki, odla oynamasınlar, özlərini yaxşı aparsınlar, yeni reallıqları qəbul etsinlər və hərbi təxribatlara əl atmasınlar...” 

Laçın bu gün təkcə siyasi arenada deyil, ictimaiyyətin də marağında, diqqətində olan əra­zidir. Həm Rusiyanın sülhməramlıları ilə bağlı, həm ermənilərin oranı hələ də tam tərk et­mə­diklərinə görə, həm də ciddi qarşıdurmalar ehtimal edilən ərazi olduğuna görə. Bir məsəldə deyildiyi kimi, yağış necə yağır yağsın, arx öz yoluyla axacaq. Laçın da erməni silahlı bir­ləş­mə­lərindən təmizlənəcək, Laçında da Azərbaycanı sevməyənlər yaşamayacaq. Laçın da işğal­dan azad edilmiş digər ərazilərimiz kimi yenidən qurulacaq.

“Qarabağda yaşayan ermənilər düzgün addım atmalıdırlar, başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Başqa cür mümkün deyil. Yəni, biz real həyatda yaşayırıq. Həm iqtisadi, həm coğrafi, həm nəqliyyat nöqteyi-nəzərdən Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, tarix nöqteyi-nəzərdən, beynəlxalq hüquq nöqteyi-nəzərdən tərkib hissəsidir. Əgər Qarabağda kimsə yenə də, bilmirəm, hansısa populizm naminə, yaxud da ki, indi, necə deyərlər, kimdənsə qorxduğu üçün hansısa statusdan, müstəqillikdən söhbət aparırsa, bilmək lazımdır ki, o, erməni xalqının birinci düşmənidir. Çünki Qarabağda yaşayan er­mənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı olacaq. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunur­sa, onların da elə. Ancaq budur yol” – ölkə başçısının bu fikirləri Qarabağda yaşama şərtlərindəndir və bu şərt­lər, əslində, qəbul edilərsə, müəyyən mənada, yaşama hüququ ola bilər.

Laçın dəhlizi strateji yoldur. Bu, hər iki dövlətin marağında olan yoldur. Laçın dəhlizinə alternativ yol ilə bağlı Ermənistanın təxribatları mövcud vəziyyəti daha da gərginləşdirir.

Son iki ilin istər siyasi, istərsə də hərbi hadisələri Azərbaycanın güclü dövlət, Azərbay­can Ordusunun güclü ordu olduğunu təsdiqlədi. Azərbaycan ictimaiyyəti bu gücün qürurunu  könül xoşluğu ilə yaşamaqdadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin AzTV-yə müsahibəsi bu qüruru daha da artırdı.

 Səbinə XASAYEVA,
Milli Məclisin deputatı