15 avqust 2022 10:21
467

Azərbaycanda dövlət investisiya qoyuluşu 37 % icra edilib

Bu ilin I yarısında Azərbaycanda dövlət əsaslı vəsait qoyuluşu üzrə illik proqnozun (2 milyard 789,8 milyon manat) (yenidən baxılma zamanı artırılmış məbləğ nəzərə alınmadan) 1 milyard 029,6 milyon manatı (36,9 %) istifadə olunub.

“İki sahil” xəbər verir ki, bu barədə Hesablama Palatasının “2022-ci il Dövlət büdcəsinin icrasına dair yarımillik xülasəsi”də bildirilir.

Sənədə əsasən, dövlət əsaslı vəsait qoyuluşunun 6 ayda icra səviyyəsi dövlət büdcəsinin xərclərinin ümumi icra səviyyəsindən geri qalıb, bu ildə nəzərdə tutulmuş bəzi layihələri üzrə ödənişə başlanılmayıb.

İlkin təsdiq edilmiş dövlət əsaslı vəsait qoyuluşu xərcləri 339 layihə üzrə nəzərdə tutulub, 30 layihə üzrə nəzərdə tutulmuş xərclərə qarşı tam həcmdə vəsait ayrılmış və ödənilib. Bu layihələrin maliyyələşdirilməsində xarici kreditlərin payı 20 % olub.

25 sifarişçi təşkilat üzrə 502,3 milyon manat məbləğində 129 layihənin, eyni zamanda texniki-iqtisadi əsaslandırmaların, layihə-smeta sənədlərinin hazırlanması, məsləhətçi şirkətlərin, investisiya layihələrinin qiymətləndirilməsi və monitorinqi üçün ekspertlərin cəlb edilməsi ilə bağlı xərclərin maliyyələşməsinə başlanılmayıb.