15 avqust 2022 12:09
555

Baş Prokurorluğun “Çağrı Mərkəzi”nə 6 ayda 7721 müraciət edilib FOTO

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə media və sosial şəbəkələrdə #gününrəqəmi həştəqi ilə məlumatlar yerləşdirilir. Bu günün rəqəmi isə 7721-dir.

“İki sahil” xəbər verir ki,  bu barədə Baş Prokurorluqdan məlumat verilib. Məlumata görə, ötən yarımildə Baş Prokurorluğun “Çağrı Mərkəzi”nə 7721 müraciət daxil olub, vətəndaşların onları maraqlandıran 7425 müraciəti üzrə müvafiq hüquqi izahlar verilib, müraciət edən vətəndaşların qaldırdığı məsələlər cinayət xarakterli məlumatlar olduğu üçün 296 məlumat qeydə alınıb araşdırılması üçün aidiyyatı struktur qurumlara tapşırılmaqla 2 müraciət üzrə cinayət işləri başlanıb.

Prokurorluq orqanlarının fəaliyyətindəki yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.