15 avqust 2022 13:49
516

Azad edilmiş ərazilərdə daha 327 mina aşkarlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumat açıqlanıb.

“İki sahil” xəbər verir ki,  ANAMA-dan verilən məlumata görə, avqustun 8-dən 13-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 134 piyada əleyhinə mina, 193 tank əleyhinə mina və 39 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 685 hektar ərazi mina və PHS-lərdən təmizlənib.