Böyük Britaniya Britaniya hökuməti 2022-ci il avqustun 4-də radikal dini qruplar tərəfindən Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyinə qarşı hücumdan təəssüfləndiyini bildirib.
“İki sahil” xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər nazirinin müavini Qrem Stüartın Azərbaycan səfiri Elin Süleymanov ilə görüşündən sonra verdiyi açıqlamada deyilir.
"Mən Böyük Britaniya hökumətinin Böyük Britaniyadakı bütün diplomatik nümayəndəliklərin təhlükəsizliyinə sadiqliyinin vacibliyini vurğuladım və baş vermiş hadisə ilə bağlı dərin təəssüf hissi keçirdiyimi bildirdim. Böyük Britaniya özünüifadə azadlığı hüququnu dəstəkləmək ənənəsinə malikdir, lakin bu, dinc və qanuni nümayişlər vasitəsilə həyata keçirilməlidir", - deyə Q.Stüart bildirib.
YAP Ordubad rayon təşkilatında partiyanın 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
Milli Məclisin sədri Türkmənistanda MDB PA-nın 61-ci plenar iclasında çıxış edib
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO