Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ermənilərin Laçın şəhəri, Zabux və Sus kəndlərində meşələri yandırmasına münasibət bildirib.
“İki sahil” xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Leyla Abdullayeva tviter səhifəsində yazıb.
“Görün, Laçın şəhəri, Zabux və Sus kəndlərində qanunsuz erməni köçkünləri ərazini tərk edərkən ətrafda nələr qalır? Evlər dağıdılır, yandırlır. Meşələr yanır, flora və faunaya ciddi ziyan dəyir, infrastruktur obyektləri dağılır. Ermənistan sülhə belə hazırlaşır?!”, - L.Abdullayeva paylaşımda bildirib.
Milli Məclisin sədri Türkmənistanda MDB PA-nın 61-ci plenar iclasında çıxış edib
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO