16 avqust 2022 15:15
644

Beynəlxalq Ordu Oyunları-2022" yarışlarında Azərbaycan pavilyonu böyük maraq doğurur - FOTO

“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində Rusiya Federasiyası Moskva şəhərinin Alabino poliqonunda təşkil olunan “Dostluq evi”ndə yaradılmış Azərbaycan pavilyonu ziyarətçilərdə böyük maraq doğurur.

Bu barədə “İki sahil”ə Müdafiə Nazirliyindən məlumat verilib.

Oyunlarda iştirak edən nümayəndələr və qonaqlar sərginin Azərbaycana aid bölməsində ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri, eləcə də məişətinə aid nümayiş olunan ekspozisiyaları maraqla izləyirlər.