“Seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi ilə bağlı işlər davam etdirilir”.
“İki sahil” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinin müavini Rövzət Qasımov komissiyanın bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, artıq 81 seçki dairəsinin sərhədlərinin müəyyənləşdirilməsi ilkin mərhələdə başa çatıb:
“Digər seçki dairələrilə bağlı isə çalışırıq ki, bu işi tezliklə başa çatdıraq”.
Milli Məclisin sədri Türkmənistanda MDB PA-nın 61-ci plenar iclasında çıxış edib
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO