16 avqust 2022 16:55
599

Hərbçilərimiz İranda keçirilən müsabiqədə sınaq atışları icra ediblər - FOTO

İran İslam Respublikasının Yəzd şəhərində keçirilən "Snayper həddi" müsabiqəsində komandaların yarışların birinci mərhələsinə hazırlıq prosesi davam edir.

MN-dən “İki sahil”ə verilən məlumata görə, müsabiqədə ölkəmizi təmsil edən Azərbaycan Ordusunun hərbi qulluqçuları atışların sıxlığı və sərrastlığına nail olmaq məqsədilə onlara təhkim edilən silahları sıfırlayaraq döyüş vəziyyətinə gətirib, sınaq atışları icra ediblər.
Hərbi qulluqçularımız tərəfindən sınaq atışları uğurla yerinə yetirilib.