17 avqust 2022 12:23
941

İlham Əliyev və Mehriban Əliyeva Müslüm Maqomayevin anım mərasiminə əklil göndərib

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva dünya şöhrətli opera və estrada müğənnisi, SSRİ Xalq artisti Müslüm Maqomayevin 80 illik yubileyi münasibətilə keçirilən anım mərasiminə əklil göndəriblər.

"İki sahil" “Report”a istinadən xəbər verir ki, anım mərasimi Fəxri Xiyabanda Xalq artistinin məzarı önündə keçirilib.

Əklil mərhumun məzarı önünə qoyulub.