"Britaniya Qarabağda minaların təmizlənməsi ilə bağlı Azərbaycanla əməkdaşlığı davam etdirəcək".
“İki sahil” xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp tviter səhifəsində yazıb.
“Mina axtaran itlər bu çətin işin öhdəsindən əla gəlirlər. Onların sayəsində insanların həyatları daha az risk altında olur. Biz bu sahədə Azərbaycanla əməkdaşlığı davam etdirmək və daha da genişləndirmək üçün çalışacağıq”, - diplomat qeyd edib.
Milli Məclisin sədri Türkmənistanda MDB PA-nın 61-ci plenar iclasında çıxış edib
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO