17 avqust 2022 18:38
882

 Yeni Azərbaycan Partiyasına milyonların sevgisi şəksizdir FOTO

YAP Qobustan  rayon təşkilatının Qobustan Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi Şəxs ərazi partiya təşkilatında yığıncaq keçirilib

Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının  Qobustan Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi Şəxs ərazi partiya təşkilatında yığıncaq keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov tarixi Zəfərimizin reallıqları fonunda Azərbaycanın qarşısında açılan yeni imkanlardan bəhs edib: “Bu gün işğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Arxada qalan hər gün soydaşlarımızın  öz doğma yurd-yuvalarına qayıdışı istiqamətində bir addımdır. Artıq Böyük Qayıdışın ilk addımı atıldı. “Ağıllı kənd” layihəsi çərçivəsində müasir tələblər səviyyəsində qurulan Zəngilanın Ağalı kəndi sakinlərini qarşıladı.  Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın avqustun 12-də İsmayıllı və Ağsu rayonlarına səfəri çərçivəsində Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibə verən ölkə Prezidenti    regionlarımızın inkişafından, hazırkı dövrün tələblərindən, ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün bütün bölgələrin malik olduğu potensialdan səmərəli istifadədən, ən əsası işğaldan azad edilmiş ərazilərimizin perspektivlərindən geniş bəhs etdi. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı qalib Azərbaycanın vətəndaşı olmaqdan qürur hissi keçirir, hər günün ölkəmizin həyatında mühüm hadisələrlə zəngin olmasından məmnunluqlarını ifadə edirlər. Təbii ki, bu uğurların təməlində düzgün  qurulan siyasət dayanır.”

Qasım Qasımov vurğulayıb ki, ölkəmizin uğurlarında Yeni Azərbaycan Partiyasının öz yeri və payı var. “Güclü dövlət, yüksək rifah” prinsipini fəaliyyətinin önündə saxlayan YAP milyonların partiyası kimi nüfuzunu günbəgün artırır. Tutduğu yola sadiqliyi, sözlə əməl birliyi ilə  cəmiyyətin avanqarda qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyası tarixi Zəfərimizin reallıqları fonunda  ötən il VII qurultayını keçirdi. Yeni tərkibin formalaşması, yeni qərarlar qarşıya qoyulan hədəflər daha yüksək səviyyədə nail olmağa stimul verəcək. Yeni Azərbaycan Partiyası qəbul etdiyi qərarları, irəli sürdüyü təşəbbüsləri ilə xalqın etimadını qazanır. Ulu öndər Heydər Əliyevin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” tezisinin davamı olaraq Prezident İlham Əliyev bildirir ki, YAP nəinki ölkənin, regionun aparıcı siyasi qüvvəsidir.

Yığıncaqda təşkilati məsələlərə baxılıb. Hüseyn Şahmalıyev YAP Qobustan  rayon təşkilatının  Qobustan   Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi Şəxs ərazi partiya təşkilatının sədri,  Cavid Abudov isə sədr müavini seçiliblər.

Hüseyn Şahmalıyev və Cavid Abudov  onlara göstərilən yüksək etimada görə partiya təşkilatının rəhbərliyinə və üzvlərə minnətdarlıqlarını ifadə edərək bu fikri böyük qürur hissi ilə qeyd ediblər ki, ulu öndər Heydər Əliyevin yaradıcı olduğu, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən Yeni Azərbaycan Partiyasının üzvü olmaq nə qədər məsuliyyətlidirsə, onun rayon təşkilatının ərazi partiya təşkilatlına rəhbərlik etmək ikiqat məsuliyyətdir. Hədəflərə yüksək səviyyədə nail olmaq səylərin birləşdirilməsini bir zərurət kimi ortaya qoyur. Biz də bütün qüvvə və bacarıqlarımızı səfərbər edərək tarixi Zəfərimizin qarşıya qoyduğu hədəflərə  zamanında və yüksək səviyyədə nail olmaq üçün səylər göstərəcək, öz töfhəmizi verməyə çalışacağıq. Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır. Partiyanın sıralarının kəmiyyət və keyfiyyət baxımından gunbəgün genişlənməsi Heydər Əliyev ideyalarına sədaqətin, Prezident İlham Əliyevin uğurlu siyasətinə dəstəyin bariz nümunəsidir. Bu il partiyamızın həyatında çox əlamətdar bir tarixi qeyd edəcəyik. 30 illik yol qət edən YAP hər zaman cəmiyyətin aparıcı qüvvəsi kimi bütün proseslərin mərkəzində olacaq.