18 avqust 2022 11:21
436

Prezident İlham Əliyev CAR-ın yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib

Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənubi Afrika Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Dipuo Berta Letsatsi-Dubanın etimadnaməsini qəbul edib.

“İki sahil” xəbər verir ki,  bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.