19 avqust 2022 18:34
562

Azərbaycanın Küveytdəki səfiri geri çağırılıb

Elxan Cahangir oğlu Qəhrəman Azərbaycan Respublikasının Küveyt Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

“İki sahil” xəbər verir ki,  bu barədə Prezident İlham Əliyev sərəncam verib. Digər sərəncamla Emil Zülfüqar oğlu Kərimov Azərbaycan Respublikasının Küveyt Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.