19 avqust 2022 22:12
586

Avropa Məhkəməsi Ermənistanın Azərbaycana qarşı vəsatətini rədd edib

Bu gün İnsan Hüquqları üzrə Avropa Məhkəməsi növbəti dəfə Azərbaycana münasibətdə müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair Ermənistanın vəsatətini rədd edib.

“İki sahil” xəbər verir ki, bu barədə Ali Məhkəmə sədrinin müavini, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov bildirib.