20 avqust 2022 18:30
1081

İranın Qafanda tələsik Konsulluq açması... – Siyasi ekspert şərh edir

İranın Qafanda tələsik Konsulluq açması bu ölkənin Zəngəzur dəhlizinin açılmasına mane olmaq və qarşı çıxmaq siyasətidir.

“İki sahil” xəbər verir ki, İranın Qafanda Konsulluq açmasından və Zəngəzur dəhlizinə qarşı çıxması ilə bağlı danışarkən siyasi ekspert Mirsamir Məmmədov deyib. O əlavə edib ki, İran 30 ildir hər vəchlə işğalçı‚ terrorçu və mənfur Erməmənistanı himayə edir‚ dəstəkləyir: “İran 30 ildir ki‚ Ermənistanla olan bütün siyasi‚ iqtisadi‚ hərbi‚ infrastruktur və enerji layihələrinin maliyyələrini özü təmin edib və daim Ermənistanı Azərbaycana qarşı silahlandırıb”.

Siyasi ekspertin fikrincə, Zəngəzur dəhlizinin açılması İranın bu siyasətinin süqutu deməkdir: “Bu dəhlizin olması İranın Ermənistana silah-sursat‚ hərbi texnika və qanunsuz yanacaq və mənşəyi bilinməyən yükdaşımalarının qarşısını almış olacaq”.

M.Məmmədov bildirib ki, İranın ali dini liderinin Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı İran-Ermənistan sərhədinə “1000 illərin kommunikasiya xətti” deməsi anlaşılıan deyil: “Əvvəla İran- Ermənistan sərhədinin tarixi‚ minillər yox‚ təxminən 100 ildir. Çünki 1920-ci illərin əvvəllərində ruslar Zəngəzuru ermənilərə verməklə Naxçıvanı Azərbaycanın əsas hissəsindən ayırdılar. Məhz bundan sonra İranla Ermənistanın Zəngəzur ərazisindən sərhədi yarandı. Amma sovet dövründə sərhədlərin bağlı olduğunu da nəzərə alsaq‚ İranla Ermənistanın heç bir sərhəddi olmayıb. 1991-ci ildə SSRİ dağıldıqdan sonra‚ Ermənistan İranla qonşuluq əlaqələri və dostluq qurmağa başladı. Yəni müasir İranla Ermənistanın münasibətləri heç də min illər öncəyə yox‚ 1991-ci ildən‚ Ermənistan müstəqilliyini elan edəndən sonraya‚ yəni cəmi 31 il öncədən başlayır. Bu səbəbdən də əli müsəlman qanına bulaşmış‚ işğalçı və terrorçu dövlət olan qəsbkar Ermənistana bu qədər sevgi və rəğbət göstərilməsi anlaşılan deyil".