21 avqust 2022 12:36
728

Sahibə Qafarova Türkiyə xalqına başsağlığı verib

Milli Məclisin sədri Sahibə Qafarova Qaziantep-Nizip yolunda baş vermiş nəqliyyat qəzası nəticəsində həlak olanlarla bağlı Türkiyə xalqına başsağlığı verib.

“İki sahil” xəbər verir ki,  parlamentin spikeri bu barədə tviter hesabında yazıb.

“Qaziantep-Nizip yolunda baş vermiş nəqliyyat qəzası nəticəsində həlak olanların ailələrinə, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə şəfa diləyirəm”, - Milli Məclisin sədri qeyd edib.