Avqustun 21-də Milli Məclisin sədri Sahibə Qafarova Türkiyədə Qaziantep-Nizip yolunda baş vermiş nəqliyyat qəzası ilə bağlı tvitter hesabında başsağlığı ünvanlayıb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "İki sahil"ə verilən məlumata görə, sədr Sahibə Qafarova qardaş Türkiyə xalqına, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Milli Məclisin sədri həlak olanlara Allahdan rəhmət, yaralananlara isə şəfa diləklərini çatdırıb.
Milli Məclisin sədri Türkmənistanda MDB PA-nın 61-ci plenar iclasında çıxış edib
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO