23 avqust 2022 14:46
561

Prezident Azərbaycan və Özbəkistan arasında imzalanmış bir sıra sənədləri təsdiqləyib

Azərbaycanla Özbəkistan hökumətləri arasında imzalanmış bir sıra sənədlər təsdiqlənib.

“İki sahil” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fərman imzalayıb.

Təsdiq olunan Sazişlər arasında Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında sənaye sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Özbəkistan Respublikasının “Özarxiv” Agentliyi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş” və “Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti arasında regionlararası əməkdaşlıq haqqında Saziş” yer alıb.

Azərbaycan Xarici İşlər Nazirliyi Sazişlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Özbəkistan Respublikası Hökumətinə bildiriş göndərməlidir.