25 avqust 2022 12:24
573

Prezident İlham Əliyev Dominikanın Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də Dominikan Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Elvis Antonio Alam Loranın etimadnaməsini qəbul edib.

“İki sahil” xəbər verir ki,  bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.