25 avqust 2022 13:25
556

Prezident İlham Əliyev Nikol Paşinyanla Brüsseldə görüşəcək

Avropa Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş avqustun 31-də baş tutacaq.

“İki sahil” xəbər verir ki, bu barədə məlumatı Ermənistan hökumətinin mətbuat xidməti təsdiqləyib.

Bildirilib ki, görüş Brüsseldə baş tutacaq.